ABŞ Senatına Əfqanıstanda müharibənin bitməsi barədə qanun layihəsi təqdim olunubbackend

ABŞ Senatına Əfqanıstanda müharibənin bitməsi barədə qanun layihəsi təqdim olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, qanun layihəsi, o cümlədən ABŞ qoşunlarının bu ölkədən tamamilə çıxarılmasını nəzərdə tutur.

Parlamentin yuxarı palatasının saytında dərc olunan sənəd Demokratlar Partiyasının nümayəndəsi Tom Yudall və Respublikaçılar Partiyasının nümayəndəsi Rend Pol tərəfindən hazırlanıb.

Qanun layihəsinin qəbul edilməsi halında ölkənin Müdafiə Nazirliyinə səfirliklərin və konsulluqların təhlükəsizliyini təmin edənlər istisna olmaqla, bütün ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması planını hazırlamaq üçün 45 gün veriləcək. Qoşunların çıxarılması üçün ABŞ hökumətinə bir il vaxt veriləcək.

Layihə həmçinin terrorizmə qarşı qlobal müharibədə iştirak edən hərbçilərə pul şəklində bonusların verilməsibni nəzərdə tutur.

O, həmçinin 2001-ci il sentyabrın 11-də baş vermiş terror aktından sonra Konqresin prezidentə verdiyi hərbi qüvvədən istifadə icazəsini ləğv edir.

İnterPress.az