Sabir Rüstəmxanlı yazır: “Öz canları yananda anlayırlar”backend

Sabir Rüstəmxanlı yazır: “Öz canları yananda anlayırlar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa ayaq üstədir, “Çarli Hebdo” redaksiyasına basqiından sonra antiterror əməliyyatı ara vermədən davam edir, ağlıkəsən hər kəs terror qurbanlarına yanır, mıllı matəm elan edilmişdir , yüzminlərlə insan etiraz yüıüşünə çıxmış və bu yürüş gün ərzində dünya televiziyaları ilə göstlmişdir, neçə ölkə başçısı, ünlü şəxsiyyətlər Fransanın kədərini bölmək əziyyətinə qatlaşmışlar, dünyanın hər yerində Fransız səfirlikləri qarşısında tünlükdür, baş sağlığı verməyə gələnlərin arası kəsilmir, fransız xalğına təsəlli verən məktubların sayı-hesabı yoxdur…( Birini də mən yazmışdim Fransanın Azərbaycan səfirliyinə.) Bunlar hamısı insanların birbirinə canıyanalığını, şərə qarşı mübarizədə həməyliyi göstərən, duyğusal və insanlığ borcu olan işlərdir. Paris küçələrindən reportaj verən jurnalistlər insanları bu günlərdə daha çox QİSAS, terrora KİN və nəhayət, HƏMRƏYLİK hissinin topladığını xüsusi qeyd edirdilər. Təəssüf ki, qisas və kin öndə gəlir. Halbuki birinci sırada həmrəylik dayanmalıdır, ilk növbədə terrorizmə qarşı mübarizədə vadid cəbhə yaratmaq lazımdır ki ,kinə, qisasa və yeni qanlara ehtiyac qalmasın…
İnsanın insan əli ilə öldürülməsi ağır faciədir. Yaşından, irqindən, peşəsindən, cinsindən, dərisinin rəngindən asılı olmyaraq. Buna görə də Fransadaki qətliamın dünyanı bu şəkildə ayağa qaldirması yaxşı hadisədir və kimsə buna etiraz edə bilməz. Biz də o cümlədən. Lakin burda bir “əmma” var və onu deməmək də doğru olmaz…
Bu da dünyanın, o cümlədən Avropanın hətta faciəyə, terrora münasibətdə də saxta, ikiüzlü və riyakar olmasıdir…
Say önəmli deyil. Bir insan, on insan… Hə adamın öz taleyi və Allah tərfindən verilmiş yaşamaq haqqı var.
Ancaq Fransada bu faciə baş verəndə dünyanin başqa yerlərində də buna bənzəyən və ya bənzəməyən, hər halda günahsız insanlarin ölümü, qətlə yetirilməsi ilə nəticələnən qanlı terror hadisələri baş vermişdi. Elə həmin gün İraqda, Suriyada, Ukraynada da onlarla insan terrora, bir çoxu Qərb tərəfindən idarə edilən və ya ilhamlandırılan münaqişələrə qurban getmişdi. Dünyanın ən ideal və inkişaf etmiş ölkələrindən birinə çevrilmək imkanı olan Türkiyə otuz ildir Qərbin insan azadlığı, azınlıq haqları maskaları ilə bəzədiyi, xaç atalığı etdıyı terrorçu təşkilatların zülmünü çəkir, otuz min şəhid verib, ağlasıgmaz dərəcədə böyük miqdarda pullar xərcləyib… Avropa ölkələri min illər qardaşcasina iç-içə yaşamış xalqları bir-birinə qarşı qoyan, dinlər, məzhəblər. sivilizasiyalar arsında düşmənçilik təbliğatı aparan “sərsəm sözün”-xəstə mətbuatın, televiziya və radioların isti yuvasına dönüb.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətrafinda daha yeddi rayonumuz terroru dövlət siyasətinə çevirmiş Ermənistan tərəfindən işğal edilmişdir, bu münaqişədə iyirmibeş mindən çox azərbaycanlı şəhid olmuşdur. Onların arasında onlarla qələm əhli, jurnalist var idi. Ermənistandan və Qarabağdan bir milyon azərbaycanlı vəhşiliklə qovulmuşdur, qaçqınlıq məhrumiyyətləri minlərlə insanin ömrünə son qoymuşdur. Bütün bunların və Bakı metrosunda, avtobuslarda onlarla insanın ölümüylə nəticələnən terror aktlarının arxasında erməni terror təşkilatlarının, o cümlədən Asalanın, Daşnaksütyunun dayandığını Qərb bilmirmi?
İnsanlığın bütün faciələrinin ilk şahidləri və olayları yaddaşimiza köçürənlər, ən ağır şərtlər altında öz peşə və insanlıq borclarını yerinə yetirənlər- jurnalistlərdir. Həyatı müharibə alovları içində keçən və terror qurbanı olan, yüz cür təzyiqlərlə, həbslərlə, fiziki təzyiqlərlə üzləşən jurnalistlərin sayıni müəyyənləşdirmək çətindir. Təxmini hesablamalara görə dünyada hər il yüzdən çox jurnalist öz peşə borcunu yerinə yetirərkən qurban gedir… Dünyada bu faciələrin, qanunsuzluqların qarşısını almaq üçün hansı ciddi iş görülmüşdür?
Sosialist düşərgəsi dağılandan, soyuq müharibə bitəndən sonra NATO- nun rəsmən bəyan etdiyi mübarızə hədəflərdən biri terrordur. Amma nədən ABŞ-dakı, Avropadakı terror olayları bütün dünyanı silkələyən etirazlarla qarşılandığı halda müsəlman ölkələrində törədilən bənzər və ya daha ağır faciələr, terrordan fərqi olmayan hərbi əməliyyatlar, işğalçılıq müharibələri bu qədər sakit və gizli bir məmnuniyyətlə qəbul edilir. Bəlkə Ermənistanda və Qarabağda öldürülən azərilər, Əfqanstanda, Fələstində, İraqda, Suriyada, Türkiyədə amansızlıqla qətlə yetirilən əfqanlar, ərəblər, türkmanlar, türklər insan deyil? Bəlkə Avropa özünküləri ali insan saydığı halda Asiyada, Afrikada öldürülənləri çəyirtkə hesab edir? Beş min, on min və ya İraqdakı kimı, bir milyon ölsün, onlar üçün fərqi yoxdur… Hamı ölə, öldürülə bilər, amma Avropalı, Amerikalı qorunmalıdır… Çünki dünyada bunların xüsusi statusu var! Ancaq o statusun nədən ibarət oldugunu kimsə bilmir… Bəşəriyyətin sonunu yaxınlaşdıran dəhşətli silahları icad eləmələrimi, kosmosdan evlərimizin içini də nəzarətə götürmələrimi, 100 milyon insanin həyatına son qoyan dünya müharibələrimi, yoxsa ATƏT-in Minsk Qrupu kimi sülhməramlı missiyalar yaradıb riyakarlıqla on illər boyu terrorçu Ermənistan dövlətini müdafiə etməkmi?
Özünü üstün sivilizasiyadaşıyıcıları sayanlar İraqda dünyanın ən qədim mədəniyyət abidələrini, ən ilkin sivilizasiyanın nişanələrini vəhşicəsinə məhv etdilər.
Bəli, söz azadlığı insanın təməl haqlarından biridir və mütləq qorunmalıdır. Lakin insanlığın inkişafına, nizam və barış içində yaşamasına xidmət edən müqəddəs dəyərlərin, dinlərin,peyğənbərlərin lağa qoyulub, ardıcıl şəkildə alçaldılmalarının, karikatura mövzusuna çevrilmələrinin söz azadlığına nə dəxli? Yaxud İrandakı kimi, bütün bir millərin-Azərbaycan türklərinin həşarata bənzədilib təhqir edilməsinə hansı söz azadlığı məntiqiylə haq qazandırmaq olar? Bunların qarşısını qanunla almayanlar özləri terrora şərait yaratdıqlarını niyə düşünmürlər? Niyə unudurlar ki, tarixən belə olub, qanun işləməyəndə silah işləyir…
Bu haqsızlıqların, ikili standartların bumeranq kimi geri dönəcəyini yalnız səfeh adamlar nəzərə almaz!
Əgər Fransa üçün söz azdlığı bu qədər dəyərlidirsə onda hansı haqla “erməni soyqırımı olmamışdır” deyənlərə cəza tətbiq edəcək? Fransız “azad” söz deyə bilər, türk deyə bilməz?
Peyğəmbərləri söyən , müsəlmanları təhqir edən,“qəzet mücahidləri”nin cəsarətləri çatırsa qoy öz dövlətlərinin dünyanı qarışdıran siyasətlərini ifşa etsinlər. Axı Qərb hələ tamamilə yıpranmayıb və orda kifayət qədər vicdanının səsiylə danışan var…
Onlardan biri, İngiltərə dramaturqu, Nobel mükafati laureatı Harold Pinterin dediyi kimi, bu ölkələrdə siyasətçilər “həqiqətin söylənməsində deyil, hakimiyyəti əllərində saxlamaqda” maraqlıdırlar: …nəhəng korrupsiyalar və hərbiçilər ələ keçirdikləri hakimiyyətdən ləzzət alanda siz telekameraların qarşısına çıxaraq hamıya məlumat verirsiniz ki, demokratiya qələbə çaldı” Bəli, Qərb ölkələrinin demokratiyaya münasibəti bu sözlərlə hələ on il bundan öncə çox dəqiq ifadə edilmişdir. Böyük yazıçının ABŞ və onun “miskin quzusu” olan Böyük Britaniya haqqında söylədikləri , əslində bütövlükdə Qərbin son otuz-qırx ildə Yaxın Şərqdə apardığı siyasətin iç üznü açır. O yazır: “İraqa hücum banditizm aktı, dövlət terrorizminin aşkar nümunəsi idi və beynəlxalq hüquq məlumatına tam nifrət nümayiş etdirirdi….Əməliyyatın məqsədi Yaxın Şərq üzərində hərbi-iqtisadi nəzarətin möhkəmləndirilməsi olsa da, …bunu azadlıq ərməğanı kimi təqdim etdilər. Minlərlə günahsız insanın qismətinə çevrilən ölümə və şikəstliyə haqq qazandıran hərbi qüdrətin dəhşətli təsdiqi!… İraq xalğına biz işgənçələr, kosetli bombalar, kasadlaşdırılmış uran,təsadüfi insanların çoxsaylı qətllərini, bədbəxtlikləri, tənəzzülü və ölümü gətirərək, bunu “Yaxın Şərqdə azadlıq və demokratiyanın təmin edilməsi” adlandırdıq\”
Demokratiya idxalı pərdəsi altında iri miqyaslı terrorizmlə məşğul super güclər bütün dünya dillərində bənzəri olan bir məsəli unutmasınlar gərək: \”nə tökərsən aşına, o da çıxar qarşına…\”.
Bəli, işğali və talançılığı- demokratiya və ya insanların, millətlərin təhqirini- sız azadlığı saymaq Qərbin, o cümlədən Fransanın dünyada baş verən hadisələrə bütövlükdə ikili standartlarla yanaşması ilə nəticələnir və bu da onların nüfuzuna ciddi zərbə vurur.
Çağdaş Avropa qanunun aliliyi, yüksək mədəniyyəti, insan haqlarının qorunması ilə bir örnək yaratmışdır; cavaşsız, sərhədsiz bir gələcəyə açılan qapıya bənzəyir, ümid yeridir və onun bu keyfiyyətinin qorunması dünyanın gələcəyinin qorunması deməkdir.
Təəssüf ki, əsil demokratik ruhlu liderlərin azalması, kor dini təəssübkeşlık, başqa dinlərə dözümsüzlük, modern fanatizm, insanı insan edən bəzi əxlaqi dəyərlərə sayqısızlıq, ailə dayaqlarının sarsılması Avropanın- dahi söz ustalarinin, filosofların, alimlərin misilsiz əməyi ilə qurulmuş iç dünyasını boşaltmaqdadir…
Terrorizmə yox demək, nifrət eləmək azdır, gərək onu doğuran şərait, onun siyası və maliyyə dəstəkçiləri də aradan qaldırılsın…

İnterpress.az