Andrey Arşavin Çempionlar Liqasında iştirak etmiş ən yaxşı rusiyalı futbolçu seçilibbackend

Andrey Arşavin Çempionlar Liqasında iştirak etmiş ən yaxşı rusiyalı futbolçu seçilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, azarkeşlərin səsverməsinə əsasən bu ada \”Zenit\” və İngiltərə \”Arsenal\”ının sabiq hücumçusu Andrey Arşavin layiq görülüb. Rusiya millisinin 38 yaşlı sabiq hücumçusu səslərin 45 faizini toplayıb.

\”Spartak\”, Portuqaliyanın \”Benfika\” və \”İspaniyanın \”Selta\” klublarında çıxış etmiş Aleksandr Mostovoy 23 faiz səslə ikinci, \”Spartak\”, İtaliyanın \”Roma\” və Portuqaliyanın \”Portu\” komandalarında oynamış Dmitri Aleniçev isə üçüncü olub. Dördüncü yeri isə 14 faiz səslə ölkəsinin \”Spartak\”, İspaniyanın \”Valensiya\”, \”Selta\” və \”Real Sosyedad\” kimi klublarının formasını geyinmiş Valeri Karpin tutub.

Qeyd edək ki, Andrey Arşavin Çempionlar Liqasında seçmə mərhələlər daxil olmaqla 42 oyun keçirib və 7 qol, 10 məhsuldar ötürmə müəllifi olub. Arşavin Bakıda keçirilmiş “Bakı 2019: Ulduzlar Finalı” adlı qarşılaşmada da iştirak edib.

İnterPress.az