İcra Hakimiyyəti: Rusiyada qəzada ölən və yaralanan azərbaycanlılar Ağcabədi sakinləridirbackend

İcra Hakimiyyəti: Rusiyada qəzada ölən və yaralanan azərbaycanlılar Ağcabədi sakinləridir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, bu barədə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Əhmədov məlumat verib.

Onun sözlərinə görə, həmin şəxslər Rusiyaya ticarətlə məşğul olmaq üçün gedirmişlər: \”Mikroavtobus Ağcabədi rayon sakini Əliş Xaliq oğlu Niftəliyevə məxsusdur. O, Ağcabədi-Moskva marşrutu üzrə sərnişindaşıma ilə məşğul olub. Hazırda bu istiqamətdə araşdırmalar davam etdiririk\”.

Qeyd edək ki, Bakıdan Moskvaya gedən mikroavtobusun Rusiyanın Stavropol şəhərində qəzaya uğraması nəticəsində 6 azərbaycanlı dünyasını dəyişib, 3-ü isə yaralanıb. Yaralılar Nevinnomısk xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdiriliblər. Onların vəziyyətinin ağır olduğu bildirilir.

İnterPress.az