Pakistan Hindistandakı səfirini geri qaytarırbackend

Pakistan Hindistandakı səfirini geri qaytarır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, bu barədə Pakistan xarici işlər naziri Şah Şəhmud Kürəşi bildirib.

“Görünən odur ki, Hindistanla Pakistan arasındakı gərginlik səngiyir, bu da müsbət haldır” – o deyib.

Nazir Nyu-Dehlidəki səfirlərini geri qaytarmaq qərarına gəldiklərini də dilə gətirib.

Pakistanlı nazir həmçinin yaxın vaxtlarda Hindistanla bu ölkənin zəvvarlarının Pakistana vizasız gəlib-getməsi üçün Kərtarpur dəhlizinin açılması məsələsini müzakirə etmək üçün nümayəndə heyəti göndərəcəklərini söyləyib.

\”The Economic Times\”ın məlumatına görə, nüməyəndə heyəti tərəfindən danışıqların martın 28-də keçirilməsi nəzərdə tutulur. Martın 14-də isə iki ölkə rəsmiləri arasında bu məsələ barədə ilkin təmaslar olacaq.

İnterPress.az