İranda Qarabağla bağlı aksiyalar davam edir – VİDEObackend

İranda Qarabağla bağlı aksiyalar davam edir – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Onlarla tələbə əllərində “Qarabağ bizimdir” yazılı plakatlar tutaraq, təhsil ocağının qarşısına toplaşıb. Aksiya iştirakçıları bir ağızdan “Qarabağ bizimdir, bizim olacaq” şüarını səsləndirib.

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyanın İran səfəri ölkədə yaşayan azərbaycanıların kütləvi narazılığına səbəb olub. Belə ki, Paşinyanın erməni icması ilə görüşü zamanı “Qarabağ – Ermənistandır” yazılı plakat qaldırılıb.

Hadisədən sonra Cənubi Azərbaycan ostanının bir sıra şəhərlərində silsilə etiraz aksiyaları keçirilib. Ən irimiqyaslı anti-erməni nümayişi isə “Traktor Sazi” – “Sepahan” matçından əvvəl Təbriz stadionda təşkil olunub.

Aksiyadan sonra 30 azərbaycanlı fəalın həbs olunduğu deyilir.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Tehranda erməni diasporunun nümayəndələri ilə görüşü zamanı “Qarabağ Ermənistanındır” şüarı ilə plakat qaldırılıb.

Bu, İranda yaşayan azərbaycanlıların narazılığına səbəb olub. Təbrizin “Traktorsazi” futbol komandasının “Sepahan” komandası ilə oyunu zamanı azərbaycanlı azarkeşlər milli birlik sərgiləyiblər. Təbriz stadionunda 100 min nəfər “Qarabağ bizimdir, bizim olacaq” şüarı səsləndirməyə başlayıb.

İnterPress.az