Maştağa sakinindən “Kalaşnikov” avtomatı götürülübbackend

Maştağa sakinindən “Kalaşnikov” avtomatı götürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsi əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədi ilə növbəti uğurlu əməliyyat həyata keçirilib.

Belə ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Maştağa qəsəbə sakini Rəhman Həsənov saxlanılıb. Onun idarə etdiyi “Mersedes” markalı avtomobilin yük yerinə baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat silah, patron darağə və 26 ədəd patron aşkar edilərək maddi sübut kimi götürülüb. R.Həsənov ifadəsində odlu silah-sursatı bir müddət əvvəl dəniz kənarından tapdığını və həmin gündən bəri avtomobilinndə saxladığını bildirib.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

İnterPress.az