Gürcüstan Prezidenti: “Azərbaycan Qara dənizin nəqliyyat potensialından birgə istifadədə maraqlıdır”backend

Gürcüstan Prezidenti: “Azərbaycan Qara dənizin nəqliyyat potensialından birgə istifadədə maraqlıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, o, əvvəlcə xarici rəsmi səfərlərindən danışıb.

S.Zurabişbili ilk səfərlərini Avropa İttifaqının iki aparıcı ölkəsi Fransa və Almaniyaya etdiyini bildirib: “Daha sonra Əfqanıstana səfər etdim və orada xidmətdə olan gürcü hərbçilərlə görüşdüm. Həmçinin Kabulda Əfqanıstan Prezidenti ilə görüş keçirdim. Regionda isə ilk səfərimi qonşu və dost Azərbayacana etdim və yerli gürcü icması ilə görüşdüm”.

O qeyd edib ki, xarici səfərlərdə Gürcüstanla əməkdaşlığa hazırlıq ifadə olunub, bu da ölkənin əldə etdiyi nailiyyətlər və perspektivlərlə bağlıdır.

Dövlət başçısı bildirib ki, Avropanın Qara dəniz və Qafqazın nəqliyyat və logistika dəhlizinə artan marağı yeni perspektivlər yaradır: “Azərbaycana səfərim zamanı Transxəzər və Qara dənizin nəqliyyat potensialından birgə istifadə olunmasına böyük maraq ifadə olunub”.

Qanunverici orqanda prezidentin çıxışını Baş nazir Mamuka Baxtadze, hökumət üzvləri, digər rəsmi şəxslər və diplomatik korpusun nümayəndələri izləyiblər. Müxalif Avropalı Gürcüstan və Vahid Milli Hərəkat Partiyasından olan deputatlar isə dövlət başçısının çıxışını boykot ediblər.(report)

İnterPress.az