Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı məhkəmədə ifadə veribbackend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı məhkəmədə ifadə verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Mehman Allahverdiyev ifadə verib.

O bildirib ki, təqsirləndirilən şəxsin Yusif adlı xalasıoğlu ilə tanış olub: \”2017-ci ildə Elmarla bizi Yusif tanış etdi. O mənə dedi ki, Elmar bankda işləyir, banka dollar qoyub, konvertasiya olunandan sonra da yaxşı pul qazanacağıq. Mən də razılaşdım. Onlara bizim məzənnə ilə ümumilikdə 180 min manat pul verdim. Elmarla Yusif hər həftə sonu mənə pul verirdilər. Bir müddət keçəndən sonra isə pul vermədilər. Onlarla danışanda bankda problem yarandığını bildirdilər, məni aldatdılar. Daha sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etdim\”.

Təqsirləndirilən şəxsin vəkili Janna Bağırova zərərçəkmişə sual verərkən deyib ki, müvəkkili M.Allahverdiyevə qazancdan 154 min manat pul qaytarıb.

Vəkilin sözlərinə görə, zərərçəkmiş qanunsuz hərəkətlərə yol verib, dövləti aldadıb: \”O, qanunsuz yolla qazanc əldə edib, heç vergi də ödəməyib\”.

M.Allahverdiyev isə heç bir qanunsuz iş görmədiyini, həmin şəxslər pulu öz cari hesablarına qoyduqlarını bildirib: \”Mənə əvvəl bu barədə deyəndə qanunla iş görəcəklərini söylədilər\”.

Təqsirləndirilən E.Məlikov zərərçəkmiş M.Allahverdiyevdən şəxsən pul aldığını təsdiqləyib. O, zərərçəkmişə iş barədə hər şeyi izah etdiklərini, konvertasiya şəkilində pul qazanacaqları barədə məlumat verdiklərini qeyd edib: \”Sonra Milli Bank bu barədə bildi və konvertasiya məsələsini bağladı. Zərərçəkmişə isə ümumilikdə 157 min manat pul qaytarmışam\”.

Məhkəmənin növbəti iclası aprelin 3-nə təyin edilib.

İttiham aktına əsasən, E.Məlikov bankda çalışarkən etibardan sui-istifadə və aldatma yolu ilə Tamilla Mikayılovanın əmlakını ələ keçirmək məqsədilə pul verdiyi halda \”Accessbank\” ASC-də debet kartla şəxsi hesabına ABŞ dolları mədaxil edərək hesabdakı pulu manata dəyişməklə məxaric edib, həmin pulu valyutadəyişmə mətəqəsində ABŞ dollarına dəyişərək yenidən şəxsi hesabına mədaxil etməklə, periodik olaraq konvertasiya əməliyyatı həyata keçirib. Bu yolla o, zərərçəkmiş şəxsə gündəlik qazanc verəcəyini yalandan vəd edib.

Bu məqsədlə T.Mikayılovadan hissə-hissə olmaqla, ümumilikdə 280 min manat, Mehman Allahverdiyevdən də eyni üsulla ümumilikdə 180 min manat alaraq, dələduzluq edib.

Xatırladaq ki, zərərçəkmiş M.Allahverdiyev hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışır.(report)

İnterPress.az