“Qaçqınkom” sədri: “Yanan binanın sakinləri kirayə evlərlə təmin olunacaq”backend

“Qaçqınkom” sədri: “Yanan binanın sakinləri kirayə evlərlə təmin olunacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın xəbərinə görə, Komitə sədri dünyasını dəyişənlərin ailəsinə başsağlığı verib. O, hüzr mərasimində iştirak edən məcburi köçkünlərin problemlərini dinləyib.

Rövşən Rzayev açıqlamasında deyib ki, binada təhlükəli mənzillərdə yaşayan ailələr bir ay müddətində kirayə evlərlə təmin olunacaq: \”Bu müddət ərzində burada təmir-bərpa işləri həyata keçiriləcək. Təmir-bərpa işlərindən sonra məcburi köçkünlər yenidən evlərinə qayıdacaqlar. Bu binada məskunlaşan bütün məcburi köçkünlər tez bir zamanda məcburi köçkünlər üçün tikilən qəsəbələrin birində evlərlə təmin edəcəyik. Hazırda biz ailələrlə bu barədə razılaşmalar həyata keçiririk\”

R.Rzayev qeyd edib ki, ötən gün yanğın nəticəsində dünyasını dəyişənlərin ailəsi üçün üçotaqlı kirayə ev tutulub: \”Ailə bu gündən kirayə evinə köçürüləcək. Yanan bina təmir olunana qədər həmin ailə Nərimanov Rayon İcra Hakimiyyətinin himayəsində olacaq. Biz bu gün burada dəfn mərasimində iştirak etdik və dəfn mərasiminin bütün xərclərini qarşıladıq. Məqsədimiz Cənab Prezidentin arxası ilə Dağlıq Qarabağa getməkdən ibarətdir\”.(report)

İnterPress.az