Fransada 18 həbsxana işçisi tətilə başladı – Maaşdan narazıdırlarbackend

Fransada 18 həbsxana işçisi tətilə başladı – Maaşdan narazıdırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın məlumatına görə, tətil edənlər əməkdaşların təhlükəsizliyinin artırılmasını, eləcə də əmək haqlarının yüksəldilməsini tələb edir.

Aksiya iştirakçıları bildirir ki, maaşların aşağı olması ilə əlaqədar həbsxanalarda kadr çatışmazlığı qeydə alınır.

Xatırladaq ki, ötən gün Fransada həbsxanaların birində məhkumu ziyarətə gələn qadın özü ilə içəri bıçaq keçirib və mühafizəçilərə hücum edib. Polisin keçirdiyi əməliyyat nəticəsində qadın zərərsizləşdirilib, məhkum isə yaralanıb.

Tətilə digər həbsxanaların da əməkdaşlarının qoşulacağı istisna olunmur.(trend)

İnterPress.az