Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilibbackend

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın məlumatına görə, iclasda əfvlə bağlı müraciətlərə baxılıb.

Komissiyanın indiyə qədər keçirilən iclaslarında baxılan müraciətlərin ümumi sayı 600-dən artıqdır.

Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının ötən il yanvarın sonlarından mayın ortalarına qədər davam edən iclaslarında 1200-dən artıq müraciətə baxılmışdı. İclasların ardınca, 2018-ci il mayın 24-də Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzaladı. Əfv sərəncamı ümumilikdə 634 nəfərə şamil olundu.

İnterPress.az