Nikola Yurçeviçin Azərbaycan millisinə dəvət etdiyi ilk futbolçu bəlli olubbackend

Nikola Yurçeviçin Azərbaycan millisinə dəvət etdiyi ilk futbolçu bəlli olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, 53 yaşlı xorvatiyalı mütəxəssis Almaniyanın “Proyssen” komandasının formasını geyinən Rüfət Dadaşovu yığmaya çağırıb. 27 yaşlı hücumçu 17 – 25 martda millinin düşərgəsində yer alacaq.

Dadaşov bu səbəbdən martın 23-də Münster təmsilçisinin III liqanın 30-cu turunda “Unterxaxinq”lə ev oyununda komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, Azərbaycan millisi martın 21-də AVRO-2020-nin seçmə mərhələsinin ilk turunda Xorvatiya komandasının qonağı olacaq. Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv martın 25-də Bakıda Litva yığması ilə yoldaşlıq oyunu keçirəcək.

İnterPress.az