Müsavat Partiyası Gənclər Təşkilatının həbsdə olan sədri azadlığa buraxıldıbackend

Müsavat Partiyası Gənclər Təşkilatının həbsdə olan sədri azadlığa buraxıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın məlumatına görə, hakim Fuad Huseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror təqsirləndirilən şəxslərin hər biri barəsində 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması hökmünün çıxarılmasını istəyib.

Hakim müşavirəyə gedib.

Müşavirədən sonra məhkəmə hökmü elan olunub.

Hökmə görə, təqsirləndirilən şəxslərə şərti cəza verilərək azadlığa buraxılıblar.

Qeyd edək ki, Ə.Sadıqlı 2018-ci ilin noyabrında həbs edilib. Ona qarşı dələduzluq və saxta sənəd hazırlayaraq ondan istifadə etmək ittihamı verilib.

İttihama əsasən, Ə.Sadıqlı yol polisinə \”Nikoyl Bank\”ının krediti ilə aldığı \”Niva” markalı avtomobilə görə borclu qaldığı 5 100 manatın ödənməsi barədə saxta arayış təqdim edərək maşını öz mülkiyyətinə keçirib, daha sonra satıb.

İnterPress.az