ABŞ diplomatı Azərbaycan hərbçilərinin də iştirak etdiyi NATO kursu ilə tanış olubbackend

ABŞ diplomatı Azərbaycan hərbçilərinin də iştirak etdiyi NATO kursu ilə tanış olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Diplomata kursun məqsəd və vəzifələri barədə ətraflı məlumat verilib.

Daha sonra E.Rud təlimin keçirildiyi sahədə gürcüstanlı təlimçilərin köməyi ilə kursda iştirak edən ABŞ hərbçilərinə qoşulub.

Qeyd edək ki, kursda Gürcüstanla yanaşı, Azərbaycan, ABŞ, Latviya, Estoniya, Belarus, Ermənistan və Ukraynadan olan, ümumilikdə, 33 hərbçi iştirak edir.

Dağ hazırlığı kursunda polkovnik Besik Kutateladze adına Saçxere Dağ Hazırlığı Məktəbinin təlimçiləri hərbçilərin xizəklərlə hərəkət, axtarış işləri, qar uçqununa düşmüş şəxslərin təxliyyəsi və sığınacağın qurulması üzrə biliklərini artırırlar.

Mart ayının 1-də start verilmiş kurs 3 həftə davam edəcək.

İnterPress.az