Rəşt-Qəzvin dəmir yolu istismara verilibbackend

Rəşt-Qəzvin dəmir yolu istismara verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın məlumatına görə, İran prezidenti Həsən Ruhaninin iştirakı ilə baş tutan açılış mərasiminə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, \”Azərbaycan Dəmir Yolları\” QSC-nin sədri Cavid Qurbanov, eləcə də Pakistan və İraq rəsmiləri qatılıb.

Rəştdən ilk qatar Məşhəd istiqamətində yola düşüb.

164 kilometr uzunluğu olan Rəşt-Qəzvin dəmiryolunun inşasına 18,5 trilyon rial (təxminən 440 milyon dollar) vəsait xərclənib.

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən Qəzvin-Rəşt-Astara dəmir yolu yükdaşıma xərclərinin 38 faiz, çatdırılma müddətinin isə 22 gün azalmasına səbəb olacaq ki, bu da iqtisadi baxımdan olduqca əhəmiyyətlidir.(trend)

İnterPress.az