Yunanıstan çempionu “Qarabağ”ın futbolçusu ilə maraqlanırbackend

Yunanıstan çempionu “Qarabağ”ın futbolçusu ilə maraqlanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az yerli \”Sport Time\” nəşrinə istinadən verdiyi məlumata görə, \”sarı-qaralar\” 22 yaşlı hücumçu ilə qış transfer dövrünün sonlarında danışıqlar aparıblar. Danışıqlar müsbət məcrada davam etsə də, Afina təmsilçisi məsələni yayadək təxirə salmağı qərara alıb. Lakin Mədətov yenə Yunanıstan çempionlarının diqqətindədir. AEK-in gənc forvardı yayda sıralarına qatacağı istisna olunmur.

Qeyd edək ki, Mahir Mədətov bu mövsüm ümumilikdə 34 oyunda 7 qol və 4 məhsuldar ötürmə müəllifi olub. O, Avropa Liqasının qrup mərhələsindəki bütün görüşlərdə meydana çıxıb. Mədətov Azərbaycan millisində isə 12 oyuna 2 qol vurub.

İnterPress.az