“Microsoft”: İran hakerləri 200-dən çox şirkətə hücum ediblərbackend

“Microsoft”: İran hakerləri 200-dən çox şirkətə hücum ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az \”Deutsche Welle\”yə istinadən xəbər verir ki, bu barədə \”Microsoft\” korporasiyasının araşdırmasında deyilir.

Hakerlər əsasən neft-qaz şirkətlərinə, maşınqayırma müəssisələrinə, eləcə də Almaniya, Səudiyyə Ərəbistanı, Böyük Britaniya, Hindistan və ABŞ kimi ölkələrdə beynəlxalq bizneslə məşğul olan konsernlərə hücum ediblər.

Korporasiyanın məlumatına görə, iranlı hakerlərin vurduğu ümumi zərər 100 milyonlarla dollara çatıb.

Ekspertlərin qiymətləndirməsinə görə, hücumların arxasında İran hökuməti ilə əlaqəsi olan \”Holmium\” haker qrupu dayanıb. Araşdırmada həmçinin \”Holmium\”un tapşırığı ilə başqa bir haker qrupunun – \”APT33\”ün də müəyyən əməllərinin olduğu göstərilib.

İnterPress.az