Yevlaxda ehtiyat DATA-mərkəzi tikilirbackend

Yevlaxda ehtiyat DATA-mərkəzi tikilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İnterPress.az-a AzInTelecom-un kommersiya departamentinin rəhbəri Ruslan Əliyev deyib. Onun sözlərinə görə, ehtiyat DATA-mərkəzi dövlət rabitə operatoru Aztelekom MMC-in Yevlax telekommunikasiya qovşağı ərazisində yerləşəcək.

“Yevlaxdakı ehtiyat DATA-mərkəzi Tier3 sertifikatına malik olacaq və Bakıdakı əsas mərkəzdə olduğu kimi, burada da bütün xidmətlər istifadəçilərin ixtiyarına veriləcək. Mərkəzin istifadəyə verilməsi bu ilin üçü rübünə nəzərdə tutulub”, – deyə o bildirib.

R. Əliyevin sözlərinə görə, təqdim olunacaq sistemin demo-versiyası artıq sınaq mərhələsindədir.(ona)

İnterPress.az