Bakıda silahlı şəxs saxlanılıbbackend

Bakıda silahlı şəxs saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində üzərində qanunsuz silah daşımaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş A.Cəfərzadə saxlanılıb.

Ondan kustar üsulla hazırlanan “Revolver” tipli tapanca və həmin silaha aid 2 patron aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.

İnterPress.az