Bakıda evdən 10 min manat oğurlayan qardaşların cinayət işi məhkəməyə göndərilibbackend

Bakıda evdən 10 min manat oğurlayan qardaşların cinayət işi məhkəməyə göndərilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın xəbərinə görə, cinayət işi baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Rauf Əhmədovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, hadisə ötən il oktyabrın 21-də Nizami rayonu ərazisindəki evlərin birindən 10.500 manat oğurlanıb.

Cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuşlar – Emil Məlikov və qardaşı Elnur saxlanılıb.

Onların barəsində Cinayət Məcəlləsinin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.(report)

İnterPress.az