Türkiyə və Gürcüstan Qara dənizdə birgə təlim keçirəcəkbackend

Türkiyə və Gürcüstan Qara dənizdə birgə təlim keçirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, Türkiyə gəmiləri Gürcüstanın Daxili İşlər Nazirliyinin Sahil Mühafizəsi Departamentinin əməkdaşları ilə Batumi akvatoriyasında birgə təlimlər keçəcəklər.

İki gün davam edəcək təlimlər Türkiyənin Qara, Egey və Aralıq dənizlərində fevralın 27-dən etibarən keçirdiyi və mart ayının 8-də başa çatacaq “Mavi Vətən 2019” təlimləri çərçivəsində baş tutacaq.

Qeyd edək ki, son 20 ildə Türkiyə təhlükəsizlik və müdafiə sahələrində Gürcüstanla fəal əməkdaşlıq edir, sahil mühafizəsi sisteminin təchizatı və kadrların hazırlanmasında, onların səviyyəsinin NATO standartlarına uyğunlaşdırılmasında köməklik göstərir.

İnterPress.az