Azərbaycanın iqtisadiyyat naziri İranın Prezident Administrasiyasının rəhbəri ilə görüşübbackend

Azərbaycanın iqtisadiyyat naziri İranın Prezident Administrasiyasının rəhbəri ilə görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İnterPress.az-a İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, görüşdə vurğulanıb ki, Azərbaycan və İran prezidentləri uğurlu xarici siyasət apararaq regionda dostluğu və mehriban qonşuluğu əsas tuturlar. Dövlət başçılarının səyləri nəticəsində Azərbaycan və İran beynəlxalq əhəmiyyətli layihələrin reallaşmasında fəal iştirak edirlər.

İqtisadiyyat naziri Şahin Mustafayev son illərdə Azərbaycan və İran dövlət başçılarının görüşlərini, Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Həsən Ruhani arasında qarşılıqlı hörmətə və etimada əsaslanan münasibətlərin ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə genişləndirilməsində mühüm rolunu vurğulayıb. Nazir Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin önəmli həlqəsi olan Qəzvin-Rəşt dəmir yolunun açılışını qeyd edərək, bunun Azərbaycan və İran, eləcə də region ölkələri üçün əhəmiyyətini diqqətə çatdırıb.

Son zamanlar ölkələrimiz arasında əməkdaşlığın inkişafı istiqamətində bir çox işlərin görüldüyünü qeyd edən M. Vaezi əlaqələrin inkişafı perspektivlərinə dair fikirlərini bildirib, Qəzvin-Rəşt dəmir yolunun və Rəşt-Astara dəmiryolunun tikintisi layihəsinin ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin genişlənməsinə mühüm töhfə verəcəyini vurğulayıb.

Görüşdə Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov, Nəqliyyat, Rabitə və Yüksək Texologiyalar naziri Ramin Quluzadə, Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov iştirak ediblər.

İnterPress.az