Rusiya və Türkiyənin XİN başçıları Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcəklərbackend

Rusiya və Türkiyənin XİN başçıları Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcəklər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.

Onun sözlərinə görə, bu qrup Türkiyə və Rusiya prezidentlərinin rəhbərlik etdikləri Yüksək Səviyyəli Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyət göstərir.

\”Ölkələrimizin liderlərinin növbəti görüşünə və Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının qarşıdakı iclasına hazırlıq kontekstində ikitərəfli gündəlikdə olan bütün məsələlər üzrə fikirlərin yoxlanması planlaşdırılır\”, – M.Zaxarova vurğulayıb.

O qeyd edib ki, siyasi və iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı müzakirələrlə yanaşı, Rusiya və Türkiyənin xarici işlər nazirləri beynəlxalq və regional problemlərə, o cümlədən Suriya münaqişəsinin tənzimlənməsi, terrorizmə, mütəşəkkil cinayətkarlığa qarşı mübarizəyə, Yaxın Şərq, Şimali Afrika, Cənubi Qafqaz, Ukrayna və Qara dəniz regionundakı vəziyyətə dair geniş fikir mübadiləsi aparmaq niyyətindədirlər.

İnterPress.az