Bavariyada 6,5 min il yaşı olan skelet tapılıbbackend

Bavariyada 6,5 min il yaşı olan skelet tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az “Welt” nəşrinə istinadla xəbər verir ki, alimlərin Fred adlandırdığı skeletin yanında, həmçinin daş balta və dənli bitkinin toxumu aşkarlanıb. Skeletin yaxşı vəziyyətdə qalması torpaqda kalsium oksidinin yüksək konsentrasiyada olması ilə izah edilir.

Qazıntılar çaxır istehsalı kooperativinin ərazidə obyekt tikintisi ilə bağlı planları çərçivəsində aparılıb. Arxeoloqlar bu məqsədlə 13 min kvadratmetr ərazini tədqiq ediblər. Qazıntıların aparıldığı rayonda saxsı qablar və qida qalıqları aşkarlanıb. Burada 4,5 min il bundan öncə yaşamış 12 yaşlı oğlan uşağının skeleti də tapılıb.

Bavariya Almaniyanın arxeoloji tapıntıların dövlətə deyil, torpaq sahiblərinin mülkiyyətinə verilən yeganə federal torpağıdır.

İnterPress.az