Qusarda köşkdə yanğın baş verib, ölən varbackend

Qusarda köşkdə yanğın baş verib, ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, hadisə rayon mərkəzində qeydə alınıb.

Belə ki, ümumi sahəsi 27 m² olan dəmir konstruksiyalardan ibarət köşkün şüşə-pambıq üzlüyü yanıb.

Yanğının kəşfiyyatı zamanı köşkün içərisində 1977-ci il təvəllüdlü Seyidov Namiq Abdulla oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

İnterPress.az