DİN: 10 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıbbackend

DİN: 10 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, respublikanın daxili işlər orqanları ümumən cinayətkarlığa, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini uğurla və qətiyyətlə davam etdirirlər. Belə ki, martın 7-də bu istiqamətdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində çəkisi 10 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə, o cümlədən 9 kiloqram marixuana və 1 kiloqrama yaxın heroin götürülərək qanunsuz dövriyyədən çıxarılıb.

Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.

İnterPress.az