Abşeronda iki yol-nəqliyyat hadisəsi baş verib, 2 nəfər ölübbackend

Abşeronda iki yol-nəqliyyat hadisəsi baş verib, 2 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, yol qəzalarından biri rayonun Hökməli qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, Qobu qəsəbə sakini İ.Ocaqov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini H.Məmmədovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Digər nəqliyyat hadisəsi isə rayonun Novxanı qəsəbəsi ərazisində baş verib. Belə ki, Sumqayıt şəhər sakini S.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən M.Mütəllimzadəni vurub və nəticədə piyada hadisə yerində ölüb.

Hər iki faktla bağlı Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

İnterPress.az