Gürcüstanda rayon rəhbərləri azərbaycanlı qadınları təbrik ediblərbackend

Gürcüstanda rayon rəhbərləri azərbaycanlı qadınları təbrik ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, bayramla bağlı bölgə rəhbəri Şota Rexviaşvili bir sıra qadınları şəxsən təbrik edib.

Həmin qadınların arasında Marneuli sakini, gürcü dili müəlliməsi, əməkdar pedaqoq Tamar Abazova da olub. Ş.Rexviaşvili və Marneuli rayonunun icra başçısı səlahiyyətlərini yerinə yetirən Zaur Tabatadze T.Abazovanın evinə baş çəkiblər və bayram münasibəti ilə ona gül dəstəsi və hədiyyələr təqdim ediblər.

Bolnisi rayonunda isə bayramla əlaqədar olaraq çoxuşaqlı analar ziyarət olunub. Onların arasında 7 uşaq anası Minəvvər Əskərova da olub. Rayonun icra başçısı David Şerazadişvili M.Əskərovanın evinə baş çəkib və çoxuşaqlı ananı bayram münasibətilə ilə təbrik edib.

D. Şerazadişvili M.Əskərovaya uzun ömür, cansağlığı və xoşbəxtlik arzu edib.

Beynəlxalq Qadınlar Günü ilə bağlı həmçinin Marneuli rayon icra hakimiyyətində uğurlu şagirdlərlə görüş keçirilib. Görüşdə azərbaycanlı məktəbli Dərya Həsənova da iştirak edib. Yeniyetmə qızlara rayon rəhbərliyi adından gül dəstələri və simvolik hədiyyələr verilib. (report)

İnterPress.az