DYP-dən 8 Mart günü maraqlı reyd – FOTObackend

DYP-dən 8 Mart günü maraqlı reyd – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, “Nümunəvi qadın sürücü” devizi altında keçirilən ənənəvi aksiya çərçivəsində şəhərin mərkəzi küçə və prospektlərində “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozmayan xanım sürücülərə müxtəlif hədiyyələr təqdim edilir.

BŞDYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov jurnalistlərə bildirib ki, nümunəvi xanım sürücülərə avtomobili pulsuz yumaq, restoranda iki nəfərlik şam etmək, yanacaq doldurmaq üçün kuponlar təqdim edilir, həmçinin onlar pulsuz sığorta, telefon danışıq kartları, qida və kosmetik məhsullar, qablar və güllərlə mükafatlandırılırlar.

Aksiya bu gün axşam saatlarına qədər davam edəcək.

DYP-dən 8 Mart günü maraqlı reyd - FOTO

DYP-dən 8 Mart günü maraqlı reyd - FOTO

DYP-dən 8 Mart günü maraqlı reyd - FOTO

İnterPress.az