Ermənistan danışıqların formatını niyə dəyişdirmək istəyir? – Seyidov səbəbi açıqladıbackend

Ermənistan danışıqların formatını niyə dəyişdirmək istəyir? – Seyidov səbəbi açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın aparıcı ölkələri bu formatın içərisində, belə demək mümkünsə, artıq özlərini təqdim ediblər.

Ona görə bu gün formatın hər hansı bir şəkildə dəyişdirilməsi yox, danışıqların substantiv səviyyəyə qaldırılması məsələsi gündəmə gətirilməlidir.

İnterPress.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov işğalçı Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin formatının dəyişdirilməsi, bu prosesə qondarma “DQR” rejimi rəhbərliyinin, Dağlıq Qarabağın erməni icmasının cəlb edilməsi təklifinə münasibət bildirərkən deyib.

S. Seyidovun sözlərinə görə, məhz danışıqların substantiv olmaması üçün formatın dəyişdirilməsi məsələsi gündəmə gətirilib.

“Bunu çox aydın şəkildə dərk etmək lazımdır ki, forma uğrunda mübarizə məzmunu aradan qaldırmaq niyyəti daşıyır.

Biz isə həmişə məzmun-substantiv məsələlər haqqında danışmağa üstünlük vermişik.

Ona görə indi formatın dəyişdirilməsi məsələsi, sadəcə, bu danışıqların mahiyyətini bir kənara qoyub, illər boyu forma haqqında danışmağa gətirib çıxaracaq kimi ziyanlı bir məsələdir.

Biz bunu çox gözəl başa düşürük və hesab edirik ki, bu, mövcud status-kvonu saxlamaq niyyətini güdən bir cəhddir.

Bunu da yalnız biz yox, beynəlxalq ekspertlər də çox gözəl görürlər.

Odur ki, söhbət hansısa formadan, formatdan getmir, söhbət Azərbaycanın torpaqlarının işğaldan azad olunması və Dağlıq Qarabağda beynəlxalq hüququn, Azərbaycanın suverenliyinin təmin edilməsindən gedir və getməlidir.

Bu isə substantiv məsələlərdir.

Bu substantiv məsələləri də hansısa bir formanın, formatın, hansısa bir çərçivənin, hansısa bir qurumun dəyişdirilməsi ilə əlaqələndirmək əsla düzgün olmaz”, – deyə, S. Seyidov sözlərinə əlavə edib.

İnterPress.az