Cəlilabadda evlərdən oğurluq edən şəxslər saxlanılıbbackend

Cəlilabadda evlərdən oğurluq edən şəxslər saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad şəhər sakini E.Bağırov Cəlilabad Rayon Polis Şöbəsinə müraciət edərək? ona məxsus elektrik transformatorunun oğurlandığını bildirib.

Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə oğurluq faktını törətməkdə şübhəli bilinən şəhər sakinləri Sahil Mirzəyev və Rauf Sultanov saxlanılıb. Araşdırmalarla onların ayrı-ayrılıqda rayon ərazisində ev və həyətlərdən oğurluq etdikləri müəyyən edilib. Belə ki, S.Mirzəyevin bir evin zirzəmisindən təmir-tikinti avadanlıqların;, 4 həyətdən ev quşlarını, R. Sultanovun isə bir evdən 85 manat dəyərində elektrik naqillərini, 3 həyətdən ev quşlarını oğurladığı məlum olub.

Hər iki şəxs törətdikləri oğurluq faktlarını etiraf ediblər. Faktla bağlı araşdırma aparılır.

İnterPress.az