ABŞ-ın Müdafiə Nazirliyinin büdcəsi artırıla bilərbackend

ABŞ-ın Müdafiə Nazirliyinin büdcəsi artırıla bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az RBK-ya istinadən xəbər verir ki, həmin vəsaitin 718 milyard dolları bilavasitə Pentaqonun ehtiyaclarına, qalan hissəsi isə nüvə silahlarının hazır vəziyyətdə saxlanmasında iştirak edən Energetika Nazirliyi ilə birgə xərclənəcək.

Ötən ilin dekabr ayında müdafiə naziri Ceyms Mattis tərəfindən tərtib olunan sorğu gələn həftə ABŞ Konqresinə təqdim olunacaq. Hərçənd demokratların nəzarətində olan Konqresdə həmin layihənin qəbul edilməməsi ehtimalının yüksək olduğu bildirilir.

Məlumata görə, sözügedən vəsaitin 165 milyard dolları xarici ölkələrdə keçirilən hərbi fəaliyyətlərə sərf olunacaq. Belə ki, hazırda ABŞ qoşunları Əfqanıstan, İraq və Suriyada fəaliyyət göstərir.

İnterPress.az