Şirvan sakinindən 2 kq-a yaxın narkotik maddə götürülübbackend

Şirvan sakinindən 2 kq-a yaxın narkotik maddə götürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İnterPress.az-a DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Belə ki, Şirvan şəhər Polis şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində ötən gün növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Polis əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Namiq Məmmədov saxlanılıb. Onun üzərinə baxış zamanı ümumi çəkisi 10 qram və ona məxsus fərdi yaşayış evindən 1 kiloqram 900 qram olan marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

İnterPress.az