Facebook-da evcik quran uğursuz “hüquqşünasın” dağılan tifaqıbackend

Facebook-da evcik quran uğursuz “hüquqşünasın” dağılan tifaqı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aslan İsmayılovun adının çəkilməsi yetərlidir ki, ona olan mənfi münasibət özünü sifət mimikalarında əks etdirsin. Başabəla hüquqşünas indi öz sahəsindən daha çox sosial şəbəkələrdə layk toplamaq azarına tutulub. İstənilən sitiuasiyadan populyarlıq naminə şou düzəltməkdə usta olan bu şəxs əslində kimdi? Sfera.az olaraq bu yazıda sosial şəbəkələrdə \”başqa sifətdə” görünmməyə çalışan Aslan İsmayılovun əsl simasını açmağa çalışdıq. Beləliklə…

Kimsən sən, Aslan İsmayılov?

İsmayılov Aslan Ziyəddin oğlu 1958-ci ildə Qazax rayonunda anadan olub. Əmək fəaliyyətinə 1975-1977-ci illərdə Krasnodar şəhərinin kompressor zavodunda tornaçı (tokar) olaraq başlayıb. 1983-cü ildə Rusiya Federasiyasının Kuban Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
1983-1986-cı illərdə RF-ın Stavropol diyarının Neftekumsk şəhərində xalq hakimi əvəzi, Andropov rayon xalq məhkəməsinin hakimi vəzifələrində işləyib. Sonrakı illərdə Azərbaycana qayıdan Aslan İsmayılov1989-1993-cü illərdə Azərbaycan Respublikası Prokurorluğunda məhkəmələrə nəzarət şöbəsinin prokuroru, 1993-1994-cü illərdə isə AR Prezidenti Aparatının dövlət-hüquq şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb. Onun qibtə doğurmayan məşhurluğu isə məlum Sumqayıt hadisələrinin araşdırılmasına təsadüf edir. Belə ki, o 1988-ci ilin fevralında baş vermiş məşhur \”Sumqayıt hadisələri” üzrə SSRİ tərəfindən açılmış cinayət işi üzrə məhkəmədə \”dövlət ittihamçısı” statusunda çıxış etmişdi. O zaman əslində erməni təxribatı olan Sumqayıt hadisələrində Aslan İsmayılov SSRİ dövləti adından öz həmvətənlərini ittiham edirdi. Üstündən xeyli keçəndən – SSRİ dövlət kimi dünyanın siyasi xəritəsindən silindikdən sonra isə özünü təmizə çıxarmaq məqsədi ilə həmin olaylarla bağlı kitab çap etdirdi və sudan quru çıxmağa uğursuz cəhd göstərdi.
Amma bu məsələnin üstündən \”bunu Aslan İsmayılovdan o zamankı şərtlər tələb edirdi” arqumenti ilə keçmək də olardı. Amma onun sonrakı fəaliyyəti də sübut edir ki, bu adam bütün şüurlu fəaliyyəti dövründə şərin yanında dayanmağı özünə peşə seçib və bunu hansısa məcburiyyətdən yox, daxilindəki şeytanın diqtəsi ilə edir.

Siyasət dəllalı yoxsa, hüquqşünas?

Aslan İsmayılovun bioqrafiyası ilə tanışlıq onun şəxsiyyətindəki ikiləşməni, \”hərşeyşünaslıq” həvəsini, özünün də nə istədiyini bilməməyini gözlər önünə sərir. Adam hərbi xidmətdə olmayıb, amma bu ona hərbi ekspert kimi danışmağa mane olmur. Ömrü boyu 5 adamı idarə etməyib, amma yenə bu ona özünün siyasət bilicisi kimi təqdim etməyə əngəl yaratmır. Ucuz şöhrət naminə sosial şəbəkələrdə hətta iqtisadi populizmlə məşğul olur, kimlərəsə yol göstərir, kimlərisə etiraza səsləyir. Faktiki olaraq facebook-da \”yaşayan” Aslan İsmayılovun sosial şəbəkələrdəki fəaliyyəti isə adamda istər-istəməz bu sualı yaradır: Axı sən nə həyat keçmisən, hansı təcrübənin sahibisən ki, özün haqda bu qədər yüksək fikirdəsən? Yaxşı hüquqşünassanmı, əsla. Rusiyada hüquq təhsili almasını hər fürsətdə gözə soxan Aslan İsmayılov deyəsən hərdən özü də harada oxuduğunu unudur. Elə danışır, sanki Moskvanın ya Sankt Peterburqun çox nüfuzlu universitetlərinin məzunudur.

Axı, Aslan İsmayılov da bilməmiş deyil ki, onun bitirdiyi Kuban universiteti daha əvvəllər aqronomluq üzrə ixtisaslaşıb. Sonradan Pedoqoji İnstitut kimi fəaliyyət göstərmiş həmin ali məktəb 18 fevral 1970-ci ildə Kuban Dövlət Universiteti statusu alıb. Lakin 1982-ci ildə aparılmış xüsusi yoxlamaların nəticəsinə görə, məzunların bilik səviyyəsi \”universitet” adına layiq olmayıb. Həmin il rektor təyin edilən Vladimir Andreyeviç Babeşko KDU-nu ortabab bir ali məktəb səviyyəsinə qaldırmaq üçün təxminən 10 il vaxt sərf edib. Bu faktlardan da açıq göründüyü kimi, baza hüquq təhsili olduqca aşağı səviyyədə olan Aslan İsmayılov isə artıq həmin vaxt Krasnodarda məhkəmə orqanlarında çalışırdı.

Şər-şəbədə ustası…

Aslan İsmayılov öz məşhurluğunu daha çox facebook-da şər-şəbədə ustalığı ilə qazanıb. Kotalizator xarakterli bu adam üçün mövqe, prinsipiallıq kimi keyfiyyətlər yalnız və yalnız sözdür. Fəlaiyyəti ilə yaxından tanış olanlar da təsdiqləyər ki, Aslan İsmayılov məzhəbi bəlli olmayan, fürsətcil adamdır. Ona fərqi yoxdur, kimə çamur atır, kimlərə qarşı gedir – bu bir növ onun xarakterik qüsurudur. Ümumiyyətlə, Aslan İsmayılov hüquqşünas olsa da, hüquqi məsələlərdən başqa hər işlə \”məşğul olur\”. Başqa sözlə desək, harda aş varsa, İsmayılov orda başdadır. Daim hansısa sahələrdə guya çatışmazlıq, korrupsiya, yeyinti halları aşkar edib və sosial şəbəkələrin verdiyi geniş imkandan sui-istifadə edərək şər- böhtan kampaniyası aparır. Konkret nə iş gördüyünü, nə istədiyini isə özü belə bilmir.

Belə bir adamın açıqlamaları indi əvvəlki qədər rezonans da doğurmur. Aslan İsmayılov bu uzun illər ərzində düşmənlərinin belə edə bilmədiyi bir nəticəyə nail olub – özünü ifşa etməklə özünü hamıya tanıda bildi. Odur ki, onun haqda yazını burada yekunlaşdırmaq olar, zatən Aslan İsmayılov fəaliyyəti ilə yazının \”davamını yazacaq” – özünü ifşa etməklə…