PA rəsmisi: “Şamaxıda və Ağsuda Prezidentə təqdim olunan məktubların hər biri ciddi nəzarətə götürülüb”backend

PA rəsmisi: “Şamaxıda və Ağsuda Prezidentə təqdim olunan məktubların hər biri ciddi nəzarətə götürülüb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri martın 9-da jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev bildirib.

Prezident Administrasiyasının rəsmisi Şamaxı və Ağsuda əhali tərəfindən dövlətimizin başçısına təqdim olunan məktublarla bağlı da məlumat verib. Deyib ki, Şamaxıda və Ağsuda əhali ilə keçirilən görüşlərdə dövlətimizin başçısına təqdim olunan məktubların hamısı nəzarətə götürülüb. Bir dənə də olsun məktub və şifahi müraciət diqqətdən kənarda qalmayacaq. Həmin məktubların mütləq əksəriyyətində yeni evlər istənilir. “Ölkəmizdə həyata keçirilən sosial siyasətin nəticəsidir ki, müraciət edən vətəndaşlar dövlətimizin başçısından hazır ev istəyirlər. Dünyanın heç bir yerində belə təcrübə yoxdur, evlər sığortalanır, dövlət bu qayğıdan kənarda qalır. Amma Azərbaycan bu siyasətlə də öndədir. Çünki Prezidentimizin dediyi kimi, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır”, – deyə Z.Nağdəliyev bildirib.

Zeynal Nağdəliyev qeyd edib ki, digər məktublar isə iş problemi və sosial qayğı ilə bağlıdır. Onların hər biri ciddi nəzarətə götürülüb.

İnterPress.az