Moskvada Ermənistan nömrəli avtomobil qəza törədib, ölənlər varbackend

Moskvada Ermənistan nömrəli avtomobil qəza törədib, ölənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az Shamshyan.com-a istinadən xəbər verir ki, Leninqrad şosesində 35 GG 990 nömrəli “Nissan” markalı avtomobil yük maşını ilə toqquşub.

Nəticədə iki nəfər hadisə yerində həyatını itirib, bir nəfər isə xəstəxanaya yerləşdirilib. Sürücülərin və sərnişinlərin şəxsiyyəti müəyyən edilir. Ölən və yaralananlar sərnişin avtomobilində olublar.

Qeyd edək ki, avtomobil İrəvan sakini 73 yaşlı Haykanuş Terzyanın adına qeydiyyatdadır.

İnterPress.az