Çin və ABŞ rüsumların qarşılıqlı ləğvinə hazırlaşırbackend

Çin və ABŞ rüsumların qarşılıqlı ləğvinə hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin ticarət nazirinin müavini Vanq Şouven bildirib.

“İki ölkənin ticarət danışıqlarını aparan müvafiq qrupları məsləhətləşmələrə davam edir, Çin ilə ABŞ arasında iqtisadi-ticari əlaqələrini normal vəziyyətə qaytarmaq naminə bütün əngəlləyici rüsumların ləğvi imkanları müzakirə olunur”, – deyə o qeyd edib.

Nazir müavini qarşılıqlı əngəlləyici rüsumların daha da yüksəldilməsinin hər iki tərəfə hər hansı fayda gətirməməklə bir çox başqa dövlətlərin də mənafeyinə mənfi təsir göstərdiyini vurğulayıb.

İnterPress.az