Özünüməşğulluq proqramı üzrə daha 66 təlimçi hazırlanıbbackend

Özünüməşğulluq proqramı üzrə daha 66 təlimçi hazırlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirlikdən verilən məlumata görə, bu məqsədlə Sumqayıt, Gəncə, Yevlax, Göyçay, Beyləqan və Salyan rayonlarında növbəti təlim kursları keçirilib.

Təlimlərdə BƏT-in bir çox ölkələrdə müvəffəqiyyətlə sınaqdan keçmiş metodologiyasından istifadə edilib. Ümumilikdə təlimdə 66 nəfər iştirak edib.

Onlara Beynəlxalq Əmək Təşkilatının (BƏT) Azərbaycan üzrə baş təlimçisi tərəfindən “Öz biznesinə başla” proqramı çərçivəsində aidiyyəti mövzularda bilik və bacarıqlar öyrədilib.

Növbəti mərhələdə təlimlərin Bakı şəhəri üzrə təşkil edilməsi planlaşdırılır.

İnterPress.az