İranlı rəsmi: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqiəsinin həlli üzrə İranın mövqeyi dəyişilməzdirbackend

İranlı rəsmi: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqiəsinin həlli üzrə İranın mövqeyi dəyişilməzdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

XİN-dən verilən məlumata görə, görüşdə ikitərəfil əlaqələrin gündəliyində duran məsələlər ilə yanaşı, regional və beynəlxalq təhlükəsizlik məsələləri üzrə müzakirələr aparıldı. Həmçinin bölgədə təhlükəsizlik, əməkdaşlıq və inkişafa dair ətraflı fikir mübadiləsi aparıldı.

Nazir Elmar Məmmədyarov ikitərəfi iqtisadi münasibətlərdən danışaraq, həmsöhbətinə hazırda həyata keçirilən iqtisadi layihələr barədə məlumat verdi. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqiəsinin həlli üzrə danışıqların son vəziyyəti barədə qarşı tərəfi məlumatlandırdı.

Əli Şamxani Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqiəsinin həlli üzrə İranın mövqeyinin dəyişilməz olduğunu qeyd etdi. O, münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında sülh və diplomatic danışıqlar yolu ilə həllinin dəstəklənildiyini vurğuladı.

Tərəflər arasında, həmçinin regionda təhlükəsizliyə təhdid olan İŞİD və digər terror qruplaşmalarına qarşı birgə mübarizə məsələləri müzakirə edildi.

İnterPress.az