Azərbaycanda 100-ə yaxın məktəbdə ehtiyat dərsliklər istifadə edilirbackend

Azərbaycanda 100-ə yaxın məktəbdə ehtiyat dərsliklər istifadə edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın məlumatına görə, dərsliklərin yeni məzmun konsepsiyası əsasında ümumtəhsil məktəbləri üçün ehtiyat dərsliklərin hazırlanmasına başlanılıb.

2018-ci ildə etnik azlıqların mədəni irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi məqsədilə onların ana dili dərsliklərinin hazırlanması istiqamətində işlər görülüb. Bu məqsədlə dövlət ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün talış dili, ləzgi dili, saxur dili, Xınalıq dili, avar dili üzrə dərslik və müəllim üçün metodik vəsaitlər hazırlanıb.

2018-2019-cu tədris ili üzrə Gürcüstan üçün tədrisin Azərbaycan dilində aparıldığı məktəblərin I-XI sinifləri üçün 24 adda 24127 nüsxə \”Azərbaycan dili\”, \”Ədəbiyyat\” dərsliyi və metodik vəsaitlər ayrılıb.

İnterPress.az