Türkiyənin keçmiş Baş naziri xərçəngə tutulubbackend

Türkiyənin keçmiş Baş naziri xərçəngə tutulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, xəstəxanadan evə buraxılan 71 yaşlı sabiq hökumət başçısı hazırda kimyəvi terapiya müalicəsi alır.

O açıqlamasında bildirib ki, bu ilin yanvarında ağ ciyərində xərçəng şişi aşkarlanıb: “Yanvarın 23-də uğurlu cərrahiyə əməliyyat olundum. Hazırda kimyəvi terapiya müalicəsi alıram. Qrip virusu və infeksiya təhlükəsinə görə görüşlərim məhdudlaşdırılıb. Müalicə normal qaydada davam edir”.

Qeyd edək ki, Ahmet Məsud Yılmaz 1947-ci il noyabrın 6-da İstanbulda anadan olub. 1987-1990-cı illərdə Türkiyənin xarici işlər naziri olub. 1991-ci il iyunun 23-dən 1991-ci il noyabrın 20-dək Türkiyənin 28-ci, 1996-cı il martın 6-dan həmin il iyunun 28-dək 31-ci, 1997-ci il iyunun 30-dan 1999-cu il yanvarın 11-dək 33-cü hökumətin başçısı olub.

1983-2007-ci illərdə Ana Vətən Partiyasının, 2009-2011-ci illərdə isə Demokrat Partiyasında siyasi fəaliyyət göstərib, bu siyasi təşkilatlara rəhbərlik edib.

İnterPress.az