Daşkəsən sakinini Bakıda kirayədə qaldığı evdə döyərək pulunu alan şəxslər saxlanılıblarbackend

Daşkəsən sakinini Bakıda kirayədə qaldığı evdə döyərək pulunu alan şəxslər saxlanılıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, hadisə Bakının Nəsimi rayonu ərazisində qeydə alınıb.

Belə ki, kirayədə yaşayan Daşkəsən rayon sakini N.Tağıyev 20-ci Polis Bölməsinə müraciət edərək martın 8-də evinə gəlmiş 3 nəfər tərəfindən döyülməsini, 1900 manat pulunun və avtomobil açarının alınmasını bildirib.

Müraciətlə əlaqədar müvafiq araşdırma aparılıb. Nəsimi Rayon Polis İdarəsi 20-ci Polis Bölməsi və Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə sübhəli bilinən Gəncə şəhər sakini R.Məmmədov və Samux rayon sakini, əvvəllər məhkum olunmuş E.Həsənli Gəncə ərazisində müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.

İnterPress.az