Hindistan və Pakistan arasında növbəti insident: yaralılar varbackend

Hindistan və Pakistan arasında növbəti insident: yaralılar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, bununla bağlı “Kashmir Reader” qəzeti məlumat yayıb.

Hindistan tərəfinin verdiyi məlumata əsasən, Pakistan ordusunun artilleriya zərbələri nəticəsində Baramul rayonunda dörd dinc sakin yaralanıb. Yaralılardan biri qadındır. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Son bir neçə həftə ərzində Hindistan və Pakistanın ərazi iddialarının olduğu mübahisəli Kəşmir bölgəsində gərginlik pik həddə çatıb. Eskalasiyaya fevralın 14-də Caiş-i Məhəmməd qruplaşmasından olan terrorçu-kamikadzenin Camma ştatında hərbi polisi daşıyan avtobusların yaxınlığında törətdiyi partlayış səbəb olub.

Terror hücumu nəticəsində 45 nəfər həyatını itirib. Qanlı insidentdən sonra Hindistan İslamabadı terrorçu qruplaşmaları dəstəkləməkdə ittiham edib. İslamabad bu ittihamları əsassız sayaraq, terror hücumunu birlikdə araşdırmağı təklif edib. İnsident Dehli ilə İslamabad arasında gərginliyi ən yüksək həddə, hətta hava toqquşmaları həddinə çatdırıb.

İnterPress.az