Rusiya İdlibi bombaladıbackend

Rusiya İdlibi bombaladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, bu barədə “Kommersant” məlumatlı mənbələrə istinadən informasiya yayıb.

Nəşrin həmsöhbəti hava zərbələrinin Hmeymim bazasından 55 kilometr aralıda yerləşən Cisr-əş-Şükür yaşayış məntəqəsi yaxınlığına endirildiyini bildirir. Bombardman Rusiya hava qüvvələrinin qanunsuz silahlı birləşmələrin əyalətdə deeskalasiya (atəşkəs) rejimini pozmasına cavabı olub.

Rusiya hava qüvvələrinin aviazərbələri beynəlxalq sövdələşmə əsasında demilitarizasiya (təhlükəsiz) zonasının patrulu ilə məşğul olan Türkiyə tərəfi ilə razılaşdırılıb. “Kommersant”ın yazdığına görə, hazırda İdlibdə hər hansı irimiqyaslı əməliyyat getmir.

Rəsmi olaraq Rusiya Müdafiə Nazirliyi sözügedən ərazinin bombardman ediləcəyi ilə bağlı öncədən xəbərdar etməyib. Habelə nazirlik həm Rusiya, həm də Türkiyə tərəfinin demilitarizasiya zonalarında, o cümlədən, İdlibdə atəşkəs rejiminin pozulmasını qeydə aldıqlarını bildirib.

Xatırladaq ki, martın 3-də Rusiya XİN rəhbəri Sergey Lavrov İŞİD qruplaşmasının tamamilə məhv edildiyini, habelə qruplaşmaya aid pərakəndə düşmüş terrorçuların və “yatmış” dəstələrin hələ də qaldığını açıqlayıb.

İnterPress.az