Millimizin rəqibinin daha bir futbolçusu zədələnibbackend

Millimizin rəqibinin daha bir futbolçusu zədələnib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, komandanın İtaliyanın “İnter” klubunda çıxış edən yarımmüdafiəçisi Martselo Brozoviç zədələnib.

26 yaşlı futbolçu A Seriyasının SPAL-la görüşündə zədə alıb və 42-ci dəqiqədə Antonio Kandreva ilə əvəzlənib. Onun UEFA Avropa Liqasında Almaniyanın “Ayntraxt” klubuna qarşı və bazar günü Milan derbisində oynaması sual altındadır.

Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç isə onun MRT-dən keçəcəyini və yalnız sabah onun durumu haqda qəti söz bildirəcəyini qeyd edib.

Xatırladaq ki, dünya ikincisi olan Xorvatiya millisində bir neçə aparıcı futbolçu zədə səbəbindən oynaya bilməyəcək.

İnterPress.az