Qadının ərini qarət edə bilmədilər, atasının evini yandırdılar – VİDEObackend

Qadının ərini qarət edə bilmədilər, atasının evini yandırdılar – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, rayonun Kənarmeşə kəndində yaşayan 49 yaşlı Tofiq İsmayılovun həyətinə çağırılmamış qonaqlar gəlib.

İlkin olaraq naməlum şəxslər həyətdə yerləşən mağazanın pəncərəsini sındırıblar, amma barmaqlıqları qıra bilməyiblər. Sonra onlar mağazanın arxa qapısından içəri girməyi yoxlasalar da, bu zaman həyətdəki itin səsinə gələn mağaza sahibini görüb qaçıblar.

Hadisə şahidlərinin sözlərinə görə, oğrular iki nəfər olub. Onları tutmaq mümkün olmayıb.

Maraqlıdır ki, bir saatdan sonra T.İsmayılovun həyat yoldaşı Elzadə Əkbərovanın ata evi qarət olunub. Naməlum şəxslər çoxdandır yaşayış olmayan ikimərtəbəli, altı otaqlı evdən cəmi bir televizor götürüblər. Məişət texnikasını qonşulardan birinin qapısının qarşısına atıblar. Daha sonra isə həmin evi əşyaları ilə birgə yandırıblar. Elzadə Əkbərova kənddə baş verən bu iki hadisə arasında bağlılığın olduğunu düşünür.

Faktla Lənkəran rayon Polis Şöbəsi araşdırmalara başlayıb.

İnterPress.az