Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi elan edilibbackend

Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi elan edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirlikdənverilən məlumata görə, müsabiqənin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.

Müsabiqə 6 mövzu – təhsilin idarəedilməsi; istedadlı uşaqların aşkar olunması və dəstəklənməsi üçün yaradıcı mühitin inkişaf etdirilməsi; keyfiyyətin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq olunması; təkmil forma və məzmunda metodik xidmət sisteminin yaradılması; sağlamlıq imkanları məhdud uşaqların təhsil alması üçün xüsusi imkanların və şəraitin yaradılması; informasiya kommunikasiya texnologiyalarının təhsilə tətbiqinin təbliğ edilməsi üzrə keçirilir.

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.grants.edu.az saytında qeydiyyatdan keçməli və müvafiq sənədləri cari ilin aprelin 1-i saat 18.00-dan gec olmayaraq sistemə yükləməlidirlər.

Hər iki kateqoriya üzrə təqdim olunan layihə təkliflərinin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır.

Layihələrin icrasına 2019-cu il iyunun 1-dən başlanıla bilər.

Layihə təklifinin maliyyələşdirilməsi üçün istənilən məbləğ “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə 100 000, fərdi kateqoriya üzrə 10 000 manatdan çox olmamalıdır.

İnterPress.az