“Tesla” avtomobilləri 3% bahalaşacaqbackend

“Tesla” avtomobilləri 3% bahalaşacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın verdiyi xəbərə görə, bu barədə şirkətin yaydığı rəsmi məlumatında deyilir.

Məlumatda qeyd olunur ki, qiymət artımı martın 18-də baş tutacaq və praktiki olaraq bütün avtomobil modellərini əhatə edəcək. Qeyd olunmuş tarixədək elektromobili köhnə qiymətlə sifariş etmək mümkündür. Qiymət dəyişikliyi yalnız standart komplektasiyalı “Model 3”ə toxunmayacaq və bu avtomobil əvvəlki kimi 35 min ABŞ dollarına təklif olunacaq.

“Tesla” qiymət artımı ilə bağlı qərarı pərakəndə satış mağazalarının sayını öncə deyildiyindən daha çox saxlamağı ilə izah edir. Şirkət mağazaların yarısını bağlayacaq və buna görə də qənaət yarımçıq olacaq. Son iki həftə ərzində elektromobil istehsalçısı mağazalarının 10%-ni bağlayıb, satış məntəqələrinin əlavə 20%-nin bağlanması isə hazırda nəzərdən keçirilir. Ümumiyyətlə, şirkətin dünya üzrə 378 pərakəndə satış nöqtəsi mövcuddur.

Qeyd edək ki, Azərbaycanda hazırda “Tesla” elektromobillərinin satışını “GreenCar” şirkəti həyata keçirir. Şirkətin hazırda təklif etdiyi “Model S” avtomobilinin qiyməti komplektasiyadan asılı olaraq 101 200 – 137 080 dollar aralığında dəyişir.

İnterPress.az