Azərbaycanın 2018-ci ildə aldığı silahlarbackend

Azərbaycanın 2018-ci ildə aldığı silahlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, bununla bağlı məlumat Stokholm Beynəlxalq Sülh Problemlərinin Tədqiqi İnstitutunun (SIPRI) illik hesabatında verilib.

Bildirilib ki, Azərbaycan 2018-ci ildə Belarusdan 10 ədəd “B-200BM Polonez” reaktiv yaylım atəşi sistemi alıb. Sistemin sifarişi 2017-ci ildə olub və ötən il layihə reallaşdırılıb.

Ötən il Azərbaycan Çexiyadan 30 ədəd “RM-70 122mm” sistemi alıb ki, bu silahların sifarişi 2016-cı ildə olub. Həmin sistemlər təhvil verilməzdən əvvəl saz vəziyyətə gətirilib.

2018-ci ildə Azərbaycan İsraildən altı ədəd OPV-62 markalı gözətçi gəmisi, iki ədəd “Saar-72” gəmisi, 100 ədəd “Orbiter 1K” bazalı “Zərbə” pilotsuz uçuş aparatı, 250 ədəd “Spike-NLOS” raketi, 100 ədəd “SandCat” zirehli maşını, 100 ədəd “Skystriker” kamikadze dronu, iki ədəd “Hermes-900” pilotsuz uçuş aparatı, 50 ədəd LORA raketi, dörd ədəd LORA reaktiv sistemi, 10 ədəd “Sandcat SPEAR 120mm” zirehli avtomobilləri alıb.

Bunlardan OPV-62, “Saar-72” və “Spike-NLOS” 2013-cü ildə, “SandCat” 2015-ci ildə, “Orbiter 1K” və “Skystriker” 2016-cı ildə, “Hermes-900”, LORA və “Sandcat SPEAR 120mm” isə 2017-ci ildə sifariş edilib. Ötən il sifarişlər tam təhvil verilib.

Ötən il Azərbaycan Pakistandan 10 ədəd “MFI-17 Supporter” təlim qırıcısı alıb. Həmin qırıcıların sifarişi 2017-ci ildə edilib.

2018-ci ildə Azərbaycan Rusiyadan 70 ədəd BTR-82A zirehli transportyorları, 800 ədəd 9M123/AT-15 və 24 ədəd “9P157-2 Khrizantema-S” anti tank raketləri alıb. Silahların sifarişi 2016-2017-ci illərdə olub və sifariş tam yerinə yetirilib.

Ötən il Azərbaycan Slovakiyadan 36 ədəd 152 mm-lik “DANA” özüyeriyən artilleriya sistemləri alıb. İkinci əl olan və saz vəziyyətə gətirilən silahların sifarişi 2012-ci ildə verilib.

Azərbaycan 2017-ci ildə Türkiyədən 25 ədəd SOM silah sistemi sifariş edib və ötən il bu sistemlərdən beş ədədini əldə edib.

Ötən il Azərbaycan iki ədəd ikinci əl “Bell-412” helikopteri alıb.

İnterPress.az